"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə “Soyqırım uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirib

--2018-02-26 / 08:52

Xocalı Soyqırımı gününün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə, Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar, qəsəbədəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “Soyqırım uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Bu barədə məlumatı Xəzər rayon Mərdəkan bələdiyyəsi yayıb.

Tədbirdə Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova şagirdlərə 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş cinayətlərdən məlumat verib.

Tədbirin sonunda rəsm müsabiqəsinin qaliblərinə Diplom və hədiyyələr təqdim olunub.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR